26 C
Baku
Wednesday, July 17, 2024

ABŞ Ukraynaya və qonşularına 2 milyard dollarlıq hərbi yardım ayıracaq

ABŞ Ukrayna və qonşuluğunkı dövlətlərə 2 milyard dollardan çox hərbi yardım paketi ayıracaq.

Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Məlumata görə, o, Ukraynanın dövlət məmurları ilə görüşdə deyib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası Ukraynaya və onun 18 qonşusuna, o cümlədən NATO ölkələri və regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşlarına uzunmüddətli hərbi yardım təqdim edilməsi haqqında konqresə müraciət edib.

Bildirilib ki, xarici dövlətlərə hərbi maliyyə yardım proqarmı çərçivəsində Ukraynaya bir milyard dollar ayrılacaq. Digər 1 milyard dollar vəsait qalanı isə Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Gürcüstan, Yunanıstan, Kosovo, Latviya, Litva, Moldova, Monteneqro, Şimali Makedoniya, Poşa, Rumıniya, Slovakiya və Sloveniya arasında bölüşdürüləcək.

Qeyd edək ki, Entoni Blinken sentyabrın 8-də elan edilmədən Kiyevə səfər edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər