14 C
Baku
Saturday, November 23, 2024

ABŞ Ukraynaya yardımı kəsməyi təklif edir

ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində respublikaçılar Pentaqonun raket istehsalına, xüsusən də Ukrayna ordusuna xərcləməyi planlaşdırdığı məbləğin 2,5 milyard dollardan çox azaldılmasını təklif ediblər.

Bu barədə Politico sənəd layihəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, qanunvericilər ABŞ Müdafiə Nazirliyinin raket alışı ilə bağlı xərclər haqqında qanun layihəsinin həmin maddələrində ixtisarlara nail olmaq istəyirlər. Politico vurğulayır ki, Pentaqon Kiyevi təchiz etmək və Çin Xalq Respublikası ilə potensial münaqişəyə hazırlaşmaq  istəyir .

“Komitə, Departamentin real xərclər smetasını təqdim edə bilməməsindən narahatdır və hər bir proqramın vahid dəyəri və istehsal gücü haqqında dəqiq bir anlayış olmadan bu çoxillik satınalma sifarişlərini davam etdirir”, – konqresmenlərin hesabatında qeyd olunur.

Qənaət edilən vəsaitin hərbi hazırlığın təkmilləşdirilməsinə, texniki xidmətə, eləcə də yeni texnologiyaların öyrənilməsinə yönəldilməsi təklif edilir.

Son xəbərlər
Digər xəbərlər