5 C
Baku
Friday, February 23, 2024

ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək

ABŞ yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketini, o cümlədən HIMARS sistemlərini çatdırmaq niyyətindədir.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi son brifinqdə deyib.

ABŞ administrasiyasının rəsmisi bildirib ki, Ukraynada son həftələrdə döyüşlər çox intensiv olub və müharibənin tezliklə bitəcəyinə şübhə edir.

“Buna görə də biz Ukraynaya təhlükəsizlik yardımı göstərməyə davam edirik. Yaxın günlərdə və həftələrdə bunu necə edəcəyimizi görəcəksiniz”, – Kirbi əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər