18 C
Baku
Wednesday, April 24, 2024

ABŞ Ukraynaya yeni hərbi yardım paketi barədə açıqlama verib

ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz artıq Ukrayna Silahlı Qüvvələrinə 13 milyard dollardan çox hərbi yardım ayırmışıq. Biz bunu davam etdirəcəyik və yaxın günlərdə əlavə yardım barədə açıqlamalar veriləcək”,- deyə Kirbi bildirib.

Kirbinin sözlərinə görə, ABŞ ilk növbədə Kiyevi lazımi vəsaitlə təmin etmək və ona döyüş əməliyyatlarının uğurla aparılması üçün lazım olan məlumatları vermək istəyir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər