8 C
Baku
Monday, November 18, 2024

ABŞ Ukraynaya yeni raket sistemləri göndərə bilər

ABŞ gələn həftə Ukraynaya yeni raket sistemləri göndərə bilər.

Banker.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqram səhifəsində yazıb.

“ABŞ-la bu mövzuda müzakirələr davam edir. Müttəfiqlər qərar versələr, bizə gələn həftə qabaqcıl raket sistemləri verilə bilər. Biz tərəfdaşlarımıza müntəzəm olaraq bunun zəruriliyini izah edirik. Biz artilleriya və digər yardımlara görə onlara minnətdarıq. Lakin müasir reaktiv yaylım atəş sistemi (MLRS) bizə Rusiya hücumunu dayandırmağa və cəbhədə nəzərəçarpacaq üstünlük əldə etməyə kömək edəcək. Rusiyanın hücumunu dayandırmaq və müvəqqəti işğal olunmuş əraziləri azad etmək üçün silahlara ehtiyacımız var”, – o bildirib.

A.Yermak həmçinin söyləyib ki, hazırda üçüncü dünya müharibəsi təhlükəsi mövcuddur: “Lakin biz Rusiyanı məğlub etsək, onun iqtisadiyyatına təzyiqi artırsaq, bu təhlükənin qarşısını ala bilərik. Biz qərarları daha sürətli qəbul etməliyik. Vaxt itirmək olmaz. Çünki vaxt itkisi daha çox ukraynalının ölümü və şəhərlərimizin daha çox dağılması deməkdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər