16 C
Baku
Saturday, November 26, 2022

ABŞ Ukraynaya yeni raketlər verib

Pentaqon Ukrayna təyyarələri üçün radar əleyhinə raketlər verib.

Bu barədə CNN televiziyası məlumat yayıb.

ABŞ-ın müdafiə nazirinin müavini Kolin Kal bildirib ki, Pentaqon Ukraynaya “müəyyən miqdarda” belə raketlər verib. Raketlərin ABŞ-ın Kiyevə yardımı çərçivəsində verildiyini deyən Kal, onların modeli, miqdarı və verilmə vaxtını açıqlamayıb.

Digər mənbələr CNN-ə bildirib ki, söhbət AGM-88 (HARM) tipli yüksək sürətli raketlərdən gedir. 48 km məsafədən hədəfi vura bilən raketlər RLS sistemlərinə qarşı tətbiq edilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X