ABŞ rəhbərliyi qabaqcıl texnologiyaların Rusiyanın əlinə keçməsindən ehtiyat edərək, dörd MQ-1C Grey Eagle kəşfiyyat və zərbə dronlarının Ukraynaya satışını dayandırıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Pentaqonun Müdafiə Texnologiyalarının Təhlükəsizliyi Mərkəzinin araşdırmasından sonra Rusiya ilə döyüş meydanında istifadə üçün MQ-1C Grey Eagle pilotsuz təyyarələrinin satışına etirazlar artıb. Mərkəzə bahalı texnologiyaların düşmənin əlinə keçməsinin qarşısını almaq tapşırılıb.
Məlumata görə, pilotsuz təyyarələrin radarları və müşahidə cihazları Rusiyanın əlinə keçsə, Amerikanın təhlükəsizliyinə təhdid yarada bilər. Bu səbəbdən PUA-ların Ukraynaya satışının dayandırılmasına qərar verilib.