ABŞ-ın Koloradoda ştatında yerləşən Biofire Tech şirkəti üz tanıma texnologiyasına malik ağıllı silah sifarişlərini qəbul etməyə başlayıb.
Bu barədə Reuters məlumat yayıb.
Biofire tapançasını təkcə üzlə deyil, barmaq izi sensorundan istifadə etməklə də işə salmaq olar. Bu xüsusiyyətlər yalnız səlahiyyətli istifadəçilərin silahdan istifadə edə bilməsini və uşaqların ondan istifadə edə bilməməsini təmin etmək üçün nəzərdə tutulub.
Şirkət bildirib ki, 9 mm tapançanın ilk istifadəyə hazır versiyaları bu ilin dördüncü rübündə əvvəlcədən sifariş edilmiş müştərilərə göndərilə bilər, 1499 dollar dəyərində bir referans modeli isə 2024-cü ilin ikinci rübündə göndəriləcək.