33 C
Baku
Wednesday, July 17, 2024

ABŞ və Aİ Avropaya qaz tədarükünün şaxələndirilməsini müzakirə ediblər

ABŞ-Avropa İttifaqının Enerji Təhlükəsizliyi üzrə İşçi Qrupu aprelin 28-də Avropaya təbii qaz tədarükünün diversifikasiyasını müzakirə etmək üçün Vaşinqtonda görüşüb.

Bu barədə Ağ Evin yaydığı bəyanatında deyilir.

Qeyd olunub ki, ABŞ dövlət katibinin baş müşaviri Amos Hokstin və Avropa Komissiyası sədrinin kabinetinin rəhbəri Byorn Zaybertin sədrliyi ilə keçirilən görüşdə Avropaya təbii qaz tədarükünün şaxələndirilməsi və Avropada təbii qaza tələbatın azaldılması ilə bağlı irəliləyiş nəzərdən keçirilib.

Bundan əlavə, tərəflər Aİ ölkələri tərəfindən enerji resurslarının birgə alışı platformasının fəaliyyətini, maye qazın əlavə tədarükü planlarını, həmçinin enerji səmərəliliyi texnologiyalarını müzakirə ediblər.

 

 

Son xəbərlər
Digər xəbərlər