28 C
Baku
Sunday, July 21, 2024

ABŞ və B.Britaniya bankı İrana qarşı sanksiyaları pozduğuna görə cərimə ediblər

Britaniya bankı, Amerika və Britaniya tənzimləyiciləri tərəfindən İrana qarşı sanksiyaların pozulması ilə bağlı araşdırmalar çərçivəsində ittihamların ödənilməsinə görə cərimə ödəməyə razı olub. Bu barədə Banker.az xarici KİV-ə istinad edir.

“Standard Chartered” ın mesajında qeyd olunur ki, əldə edilən razılaşmalar çərçivəsində bir sıra ABŞ agentliklərinə 947 milyon dollar, Böyük Britaniyanın Maliyyə Xidmətləri İdarəsinə isə 102 milyon funt sterlinq ödəniləcək.

Tənzimləyicilərdə şübhə doğuran bank əməliyyatlarının əksəriyyəti 2012-ci ildən əvvəl həyata keçirilmişdir. Xüsusilə, 2007-ci ildən 2011-ci ilədək İran şirkətinin Dubay filialı vasitəsilə bir sıra əməliyyatlar aparılmışdı.

Kolumbiya əyalətinin prokuroru Jessie Liu qeyd etdi ki, “Standard Chartered” öz hərəkətləri “ABŞ-ın maliyyə sisteminin bütövlüyünü pozmaqla yanaşı, ölkənin milli  maraqlarına ziyan vurub”.  

Son xəbərlər
Digər xəbərlər