31 C
Baku
Saturday, July 20, 2024

ABŞ və Cənubi Koreya birgə ən böyük hərbi təlim keçirəcək

ABŞ və Cənubi Koreya Silahlı Qüvvələri bu ayın sonunda indiyədək ən böyük birgə hərbi təlim keçirəcək.

Bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, təlimlərə döyüş təyyarələri, döyüş helikopterləri və Cənubi Koreya tankları cəlb olunacaq.

Həmçinin əlavə olunub ki, haqqında sözügedən təlimlər bu ayın 25-də başlayacaq və üç həftə davam edəcək ki, bu da Cənubi Koreya ilə ABŞ-ın indiyə qədər həyata keçirdiyi birgə təlimlərin arasında ən irimiqyaslı təlim olacaq.

Birgə təlimlər Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) ilə həmsərhəd olan Poçeon şəhərindəki poliqonda keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər