8 C
Baku
Wednesday, November 30, 2022

ABŞ və Cənubi Koreya birgə təlimlər keçirəcək

Cənubi Koreya və ABŞ oktyabrın 31-dən noyabrın 4-dək Şimali Koreyanın raket buraxılışları fonunda 200-dən çox təyyarənin iştirak edəcəyi genişmiqyaslı birgə Hərbi Hava Qüvvələri (HHQ) təlimi keçirməyi planlaşdırır.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Planlaşdırılan təlim Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri arasında müharibə zamanı kombinə edilmiş hava əməliyyatları sistemlərinin sınaqdan keçirilməsi və onların döyüş hazırlığının artırılması məqsədi daşıyır”, – mənbə agentliyə bildirib.

Qeyd olunub ki, Cənubi Koreyadan təlimlərə “F-35A”, “F-15” və “KF-16” qırıcıları da daxil olmaqla 140-a yaxın təyyarə qatılacaq. ABŞ-dan “F-35B” görünməz qırıcıları da daxil olmaqla, təxminən 100 təyyarə göndəriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X