20 C
Baku
Cümə, Oktyabr 22, 2021

ABŞ və Çin ticarət müharibəsi elektronika sənayesinə $10 mlrd. başa gəlib

faizlere

Elektronika istehsalçıları ticarət müharibəsindən dəyən zərəri $10 mlrd. dəyərində qiymətləndirirlər

Banker.az xəbər verir ki, ABŞ sentyabrın 1-dən etibarən Çindən gələn bir sıra mallara ticarət tariflərini daha da artırıb. İstehlak Texnologiyaları Birliyinin verdiyi məlumata görə, noyabrdan etibarən elektronikaya qiymətlərin qalxması gözlənilir.

İstehlak Texnologiyaları Birliyinin rəhbəri olan Gary Shapiro bildirib ki, ABŞ və Çin arasında gedən ticarət müharibəsi elektronika sənayesinə 10 milyard dollara başa gəlib.

Bu məbləğdən 1 milyard dollar 5G şəbəkələrinin payına düşür.

“2019-cü ilin dördüncü rübündə ticarət tarifləri texnologiya sahəsinə 7 milyard dollara başa gələcək və bu, elektronikaya qiymətlərin qalxmasına gətirib çıxaracaq”, – bəyanatda deyilir.

“Əgər smart televizor almaq planınız varsa, bunu nə qədər tez etsəniz o qədər yaxşı olar”.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp, sentyabrın 1-dən Çindən gətirilən mallara ticarət tariflərini 10%-dan 15%-a qədər artıracağını vəd etmişdir. Prezident texnoloji şirkətlərə istehsalı Çindən ABŞ-a köçürməyi tövsiyə edib.

Yeni tariflər mərhələ-mərhələ qüvvəyə minəcəkdir.

“Ticarət tariflərinin daha da artması təhlükəsi və ticarət danışıqlarında irəliləyişin olmaması, qlobal bazarlara zərər verir. Bu qeyri-müəyyənlik hər bir amerikalının pensiyasına və ya təhsil haqqında təsir göstərir”, – deyə Shapiro bildirib.

Onun fikrincə, hökumətin bu siyasəti amerikan şirkətlərin qlobal bazarlarda mövqeyini təhlükə altına salır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər