5 C
Baku
Bazar, Noyabr 28, 2021

ABŞ və Çin iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıqla bağlı razılığa gəlib

Dünyanın iki ən böyük istixana qazı emitenti – ABŞ və Çin iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.

Müvafiq bəyannamə iqlim dəyişikliyi sammitinə ev sahibliyi edən Qlazqoda qəbul olunub.

ABŞ-ın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerrinin sözlərinə görə, bu razılaşma uzunmüddətli perspektivdə deyil, elə indi bir sıra vacib addımların atılmasını zəruri edir. BMT-nin baş katibi Antoniu Quterreş də ABŞ-Çin birgə bəyannaməsini düzgün istiqamətdə atılmış vacib addım adlandırıb.

Qeyd edək ki, iqlim dəyişikliyi üzrə Qlazqoda keçirilən sammit bu gün başa çatacaq. Ənənəyə görə, konfransın yekun sənədi tədbirin sonuncu günündə qəbul olunmalıdır.

#
APA

Son xəbərlər
Oxşar xəbərlər
X