17 C
Baku
Saturday, May 18, 2024

ABŞ və Niderland Çinin çip istehsalçılarına yeni məhdudiyyətlər tətbiq edəcək

Niderland hakimiyyəti ABŞ-ın tələbi ilə ölkənin ASML şirkətinin Çində çip istehsalı avadanlıqlarına xidmət göstərməsinə mane olacaq yeni ixrac məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Bu barədə Bloomberg məlumat yayıb.

ASML müasir prosessorlarda ən nazik çipləri hazırlamaq üçün istifadə edilən litoqrafiya skanerlərinin aparıcı istehsalçısıdır.

Niderlandın qarşıdan gələn yeni ixrac nəzarəti qaydaları ASML-yə standart olaraq Çində öz avadanlıqlarını təmir etməyi və sazlamağı qadağan edəcək. Çində fəaliyyətini davam etdirmək üçün şirkət hökumətdən xüsusi lisenziya almalıdır. Yeni qayda 2023-cü ilin sentyabrında qüvvəyə minəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər