26 C
Baku
Saturday, July 27, 2024

ABŞ və Yaponiyanın maliyyə nazirləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib

ABŞ və Yaponiyanın maliyyə nazirləri Canet Yellen və Syuniti Suzuki Tokioda Rusiyaya qarşı yeni sanksiyaları, o cümlədən Rusiya neftinin qiymətinin məhdudlaşdırılmasını müzakirə ediblər.

Bu barədə “Kyodo” agentliyi yazıb.

Onların müzakirəsi Rusiyanın gəlirlərini azaltmaq və enerji qiymətlərini sabitləşdirmək üçün “Böyük yeddilik” (G7) ölkələrinin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq təklifi ətrafında olub. Həmçinin Yaponiya yeninin ABŞ dollarına nisbətdə ucuzlaşması ilə bağlı da fikir mübadiləsi aparılıb.

Bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kisida danışıqlarda Rusiya neftinin qiymətinin iki dəfə azaldılması ətrafında müzakirələr aparılacağını bildirmişdi. Eyni zamanda, Avropa İttifaqı (Aİ) ölkələri artıq Rusiyadan dəniz yolu ilə neft tədarükünə embarqo qoyub. Qadağa dərhal qüvvəyə minir, lakin keçid dövrləri var. Belə ki, dekabrın 5-dək Rusiya neftinin idxalı və ya alınması üzrə müqavilələrin icrası (əgər iyunun 4-dək bağlanıbsa) üçün “birdəfəlik” əməliyyatlara icazə verilir.

Son xəbərlər
Digər xəbərlər