ABŞ vətəndaşlıq almaq üçün ərizəçilərin keçdiyi test imtahanında dəyişiklik edəcək

0

ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS), vətəndaşlıq almaq üçün ərizəçilərin keçdiyi test imtahanında dəyişiklik etməyi planlayır.

Banker.az xəbər verir ki, bu barədə təşkilatın saytında yerləşdirilən bəyanatda deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Qeyd edildiyi kimi, ərizəçinin gələcək vətəndaş kimi hüquq və vəzifələrinin daha dəqiq qiymətləndirilməsi üçün müəyyən dəyişikliklər ediləcək.

“Əsas məqsəd tutarlı və effektiv test yaratmaqdır. Test özündə ABŞ hökumətinin tarixinə və dəyərlərinə dair sualları birləşdirəcək”, – sənəddə deyilir.

2018-ci ilin dekabrında Vətəndaşlıq və İmmiqrasiya Xidməti tərəfindən test imtahanının yenidən nəzərdən keçirilməsi üzrə işçi qrup yaradılmışdır. Dəyişikliklər 2020-ci ilin dekabrında və ya 2021-ci ilin əvvəlində qüvvəyə minəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp, ölkə ərazisində yaşayan vətəndaşların sayının müəyyənləşdirilməsi üçün plan qurmuşdur.