25 C
Baku
Friday, April 19, 2024

ABŞ və Almaniya Ukraynaya zenit sistemləri göndərəcək

ABŞ və Almaniya bu ay Kiyevə zenit sistemləri tədarük edəcək.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov yerli televiziyaya bildirib.

Onun sözlərinə görə, ABŞ və Almaniya Rusiya raketləri və kamikadze pilotsuz uçuş aparatlarının hücumlarına qarşı bu ay Kiyevə müasir zenit sistemləri göndərəcək:

“ABŞ-ın bizə NASAMS sisteminin tədarükü ilə bağlı qərarı var. İlk bir neçə partiya göndəriləcək. Artıq mütəxəssislərimiz hazırlanır və bu ay bu sistemlər təhvil veriləcək”.

O, Ukraynanın Almaniyadan IRIS-II hava hücumundan müdafiə sistemini oktyabrda alacağını da əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər