Amerika fond bazarında Dow Jones indeksi 0,12% – 19 121,60 bəndədək, S&P 500 0,13% – 2 204,66 bəndədək, NASDAQ 0,21% – 5 379,92 bəndədək artıb.
APA xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,40% – 6 772,00 bəndədək azalıb, Almaniya DAX-ı 0,36% – 10 620,49 bəndədək, Fransa CAC-40-ı isə 0,91% – 4 551,46 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 0,10 dollar bahalaşaraq 1 190,90 dollara, gümüş isə 0,05 dollar ucuzlaşaraq 16,69 dollara satılıb.