ABŞ və Avropa İttifaqı rəsmilərinin Ukraynanın əks-hücumundan gözləntiləri bəlli olub.
Bu barədə “The New York Times” yazıb.
Nəşr bildirib ki, ABŞ və Avropa əks-hücumun münaqişədə dönüş nöqtəsi ola biləcəyinə inanır.
“Bununla belə, yeni hərbi addımın Ukraynaya gələcək dəstəklə bağlı müzakirələrə, eləcə də onun gələcəyini necə təmin etmək barədə müzakirələrə təsir edəcəyinə şübhə yoxdur. ABŞ və Aİ rəsmiləri etiraf edirlər ki, bütün Rusiya qüvvələrini sıxışdırıb çıxarmaq mümkün deyil.
Ukrayna Silahlı Qüvvələri tərəfindən 24 fevral 2022-ci ilə qədər sərhədlər daxilində ərazilərin qaytarılması və saxlanması, eyni zamanda hərbi əməliyyatın gələcəyi barədə düşünməyə vadar edən zərbə uğurlu sayıla bilər”,-nəşr bildirib.