ABŞ və Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) təmiz enerji sektoruna 100 milyard dollar həcmində sərmayə qoyacaq.
Bu barədə Ağ Evin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, hər iki ölkə təmiz enerji sektoru ilə bağlı strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu sənədlə təmiz enerji sektoruna 100 milyard dollar həcmində investisiya cəlb ediləcək.
Tərəflər bu saziş çərçivəsində 2035-ci ilə qədər dünyada 100 giqavatt təmiz enerji istehsal etmək niyyətindədir.
Bundan başqa, Vaşinqton ilə Əbu-Dabi zərərli emissiyaların idarə olunmasına, qabaqcıl nüvə texnologiyalarının inkişafına və sənaye-nəqliyyat sektorlarında karbon emissiyalarının azaldılmasına sərmayə qoymağı planlaşdırırlar.