21 C
Baku
Monday, April 29, 2024

ABŞ və Britaniya Rusiya metallarının idxalına qadağa qoyub

ABŞ və Britaniya Rusiya iqtisadiyyatı üçün həyati əhəmiyyətli gəlir mənbəyinə zərbə vurmaq məqsədilə Rusiyadan metal idxalına qoyulan qadağanın uzadılması üçün birgə tədbirlər görüb.

Bu barədə ABŞ Ədliyyə Departamentinin bəyanatında açıqlanıb.

“Yeni tədbirlər ABŞ-yə Rusiya mənşəli alüminium, mis və nikel idxalını qadağan edir”, – sənəddə diqqətə çatdırılıb.

Sanksiyalar həmçinin ABŞ və Britaniya hakimiyyət orqanları tərəfindən əvvəllər görülən tədbirlərə uyğun olaraq bu metalların qlobal birjalarda və birjadankənar ticarətdə istifadəsini məhdudlaşdırır.

“Birləşmiş Krallıqdakı tərəfdaşlarımızla əlaqəli şəkildə əsas metallara tətbiq edilmiş yeni qadağalarımız Rusiyanın Ukraynaya qarşı amansız müharibəsini davam etdirmək üçün əldə edə biləcəyi gəliri bundan sonra da hədəf alacaq”, – ABŞ maliyyə naziri Canet Yellen söyləyib.

Bu o deməkdir ki, London Metal Birjası və Çikaqo Ticarət Birjası Rusiyada istehsal olunan hər hansı yeni alüminium, mis və nikelin qəbulunu yasaqlayacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər