ABŞ və Cənubi Koreya 2018-ci ildən sonrakı ən böyük birgə təlimlərə başlayıb.
Bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Ulchi Freedom Shield” adlı təlimlər koronavirus pandemiyası zəiflədikdən sonra ən böyük hərbi manevrlərdir. Sentyabrın 1-dək davam edəcək təlimlər barədə ətraflı məlumat verilmir.
Ekspertlərin fikrincə, genişmiqyaslı təlimlərə səbəb Şimali Koreyanın raket proqramını davam etdirməsidir.