11 C
Baku
Sunday, November 16, 2025

ABŞ və Çin arasında ticarət danışıqları oktyabr ayında keçiriləcək

ABŞ və Çin ticarət danışıqlarını oktyabrın əvvəlində Vaşinqtonda keçirməyə razılaşıblar. “Sentyabrın ortalarından etibarən işçi qruplar  bir-biri ilə ətraflı müzakirələr aparmağa və yüksək səviyyəli görüşün keçirilməsi üçün lazımi şərtləri hazırlamağa başlayacaqlar”, – deyə Çinin Ticarət Nazirliyi məlumat verib.

Banker.az xəbər verir ki, bu məlumat ABŞ-ın Ticarət Nümayəndəliyinin rəsmi nümayəndəsi Jeff Emerson tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, görüş nazirlər səviyyəsində “önümüzdəki həftələrdə” keçiriləcək.

Xatırladaq ki, daha əvvəl keçirilən G20 sammitində tərəflər ticarət mübahisələri üzrə heç bir razılığa gələ bilməyiblər.

Sentyabrın 1-dən etibarən ABŞ Çindən idxal olunan mallara 15%-lik (dəyəri 300 milyard dollara qədər olan) ticarət tariflərini tətbiq edib. Dəyəri 250 milyard dollar olan mallara tətbiq ediləcək 30%-lik tariflər oktyabrın 1-dən qüvvəyə minəcəklər.

 

 

Son xəbərlər
Digər xəbərlər