14 C
Baku
Wednesday, April 24, 2024

ABŞ – Çin valyuta müqaviləsinin bağlanması ehtimalı yuanın qalxmasına səbəb oldu

“South China Morning Post” un verdiyi məlumata görə, ABŞ və Çin arasında bağlanacaq ticarət müqaviləsinə valyuta paktının daxil edilməsi ehtimalı danışıqlarda nikbinliyə və yuanın kəskin artmasına səbəb olub.

Donald Tramp administrasiyası ticarət razılaşmasının birinci mərhələsi çərçivəsində Çin ilə valyuta müqaviləsini başlamağı planlaşdırır.

Banker.az bu haqda mənbələrə istinadən Bloomberg xəbər verir.

ABŞ və Çin arasındakı sövdələşmədə valyuta bölməsinin məzmunu, çox güman ki, ABŞ, Meksika və Kanada arasındakı razılaşmaya bənzəyəcək (USMCA). USMCA tərəflərdən valyuta devalvasiyasından çəkinməyi, həmçinin valyuta bazarında xarici valyuta əməliyyatları ilə bağlı məlumat mübadiləsinin şəffaf olmasını tələb edir.

OCBC Bank -ın iqtisadçısı Tommi Se Dunmin, Çin üçün bu şərtlərə riayət etmək çətin olmayacağını söyləyib, belə ki, ölkə 2013-cü ildə G20 təşkilatının rəqabətli valyuta devalvasiyasının yolverilməzliyi barədə artıq razılaşıb.

Cümə axşamı günü yuanın qiyməti 7,1252 təşkil edib ki, bu da sentyabr ayından bəri 0,8% artım deməkdir.

Se-nin sözlərinə görə, valyuta paktı çərçivəsində Çin valyuta bazarında həyata keçirdiyi əməliyyatların şəffaflığını qoruyub saxlamaq öhdəliyini üzərinə götürəcəkdir. Məsələn, Çin Xalq Bankı valyuta bazarına etdiyi investisiyalar barədə ABŞ-a məlumat verməli olacaq.

ABŞ və Çin arasında valyuta müqaviləsi imzalandığı halda, ABŞ Çini “valyuta manipulyatoru” adlandırmağa çəkinəcək.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər