ABŞ və Çin gələn həftə ərzində ticarət sazişi imzalayacaq.
Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.
O, bəzi çətinliklərin risklərini etiraf etsə də, tərəflər arasında effektiv ünsiyyət kanallarının mövcudluğuna diqqət çəkib.
“Əlbəttə, hər şey rahat olmayacaq, amma düşünürəm ki, kommunikasiya kanallarımız indi daha yaxşıdır”, – o deyib.
Nazir, həmçinin “TikTok” tətbiqi üçün müqavilənin bağlanmasının tezliklə baş tutacağını da açıqlayıb.
Xatırladaq ki, ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpin 30 oktyabrda Cənubi Koreyanın Pusan şəhərində danışıqlar aparıblar. Liderlər daha sonra sammitin nəticələri ilə bağlı müsbət fikirlərini bildiriblər.







