“South China Morning Post” qəzetinin yaydığı məlumata görə, ABŞ və Çin iki ölkənin liderlərinin fevral ayının sonunda Vyetnamda görüşməsi məsələsini nəzərdən keçirir.
Banker.az xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp ticarət məsələlərini müzakirə etmək məqsədilə fevralın 27-28-də Vyetnamın Dananq şəhərində görüşə bilərlər.
Bundan əvvəl “The Wall Street Journal” Çin nümayəndə heyətinin Vaşinqtonda ticarət danışıqları zamanı Donald Tramp və Si Cinpinin görüşünün fevral ayında Çinin Haynan əyalətində keçirilməsini təklif edib. Vasitəçilər görüşün Donald Trampın KXDR lideri Kim Çen Inla danışıq aparmasından sonra fevralın sonunda keçirməyi təklif ediblər.
Donald Tramp daha əvvəl bildirmişdi ki, o, Si Cinpinlə görüşməyincə, Çin ilə yekun ticarət razılaşması baş tutmayacaq. Ötən ilin dekabrında Argentinada keçirilmiş G20 Sammiti çərçivəsində iki ölkənin liderləri ticarət müharibəsində “barışıq” barədə razılığa gəliblər.
©AZƏRTAC