ABŞ və Çin prezidentləri Cozef Bayden və Si Cinpin noyabrın 15-də videokonfrans formatında görüş keçirəcək.
Bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.
C.Psakinin sözlərinə görə, liderlər ölkələrarası rəqabətə necə məsuliyyətlə yanaşmağı müzakirə edəcəklər.
“Çinlə maraqlarımızın üst-üstə düşdüyü yerlərdə birgə iş yollarının müəyyənləşdirilməsi gündəmdədir”, – sözçü qeyd edib.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, Amerika lideri onlayn görüş zamanı Pekinin hərbi modernləşdirmə siyasəti ilə bağlı narahatlığını açıq şəkildə çatdırmaq niyyətindədir.