ABŞ Prezidenti Co Baydenlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında telefon danışığı olub.
Telefon danışığı iki saatdan çox davam edib.
Daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbinin bildirdiyinə görə Bayden Çin lideri ilə bir sıra məsələlərlə yanaşı Ukraynadakı müharibəni, eləcə də Hind-Sakit okeanı regionundakı vəziyyəti də müzakirə etməyi planlaşdırırdı.