-3 C
Baku
Sunday, December 15, 2024

ABŞ və Çin nümayəndələri ticarət sazişinin birinci hissəsini müzakirə etdilər

ÇXR-in Dövlət Şurasının vitse-premyeri Lu He, ABŞ nümayəndəsi Robert Laythayzer və Stiven Mnuchin ilə telefon danışığı həyata keçirib. Bu haqda Çinin Kommersiya Nazirliyinin saytında məlumat verilib.

Nazirliyin verdiyi məlumata görə, söhbət əsnasında tərəflər iki dövlətin əsas narahatlıqlarının aradan qaldırılması məsələlərini müzakirə edərək, həmçinin müqavilənin birinci hissəsi ilə bağlı qalan məsələlər üzrə əlaqə saxlamaq barədə razılıq əldə ediblər.

Qeyd edək ki, bu ilin oktyabr ayının sonlarında ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer Pekin və Vaşinqtonun ticarət sazişinin birinci mərhələsinin başa çatmasına yaxın olduqlarını bildirmişdir ABŞ prezidenti Donald Trampın sözlərinə görə, saziş əqli mülkiyyət və maliyyə xidmətlərinə, o cümlədən Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarını idxal etməsi məsələsinə aid olacaq. Qeyd edək ki, ticarət sazişinin birinci mərhələsi uzunmüddətli müqavilənin 60%-ni təşkil edəcək. Oktyabrın 26-da tərəflər ABŞ-dan quş ətinin ixracına qoyulan qadağanın aradan qaldırılıması, həmçinin balıq idxalına nəzarət məsələləri üzrə razılığa gəliblər.

Son xəbərlər
Digər xəbərlər