“Bloomberg” xəbər verir ki, ABŞ və Çin ticarət razılaşmasına nail olmaq planı ilə nəticələnən danışıqları başa çatdırıblar. Bildirilir ki, indi razılaşma ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpin tərəfindən təsdiqlənməlidir.
Nümayəndə heyətlərinin danışıqları Londonda baş tutub və 20 saat davam edib. ABŞ-nin ticarət naziri Hovard Lutnik jurnalistlərə bildirib ki, tərəflər keçən ay ticarət tariflərini azaldan Cenevrə konsensusunun həyata keçirilməsi üçün struktur hazırlayıblar.
Bundan əvvəl nazir Pekinin Amerika avtomobil və müdafiə şirkətləri üçün mühüm əhəmiyyət kəsb edən nadir torpaq metallarının tədarükünü sürətləndirməyə söz verdiyini, Vaşinqtonun isə Çindən gələn mallara ixrac nəzarətinin bir hissəsini yumşaldacağını bildirib.
Mayın 12-də ABŞ və Çin 90 gün müddətinə qarşılıqlı rüsumları azaltmaq barədə razılığa gəliblər. Pekin Amerika mallarına rüsumları 125%-dən 10%-ə, Vaşinqton Çin mallarına rüsumları 145%-dən 30%-ə endirəcək. Bundan sonra tərəflərin iqtisadi-ticarət əlaqələrinin müzakirəsi mexanizminin yaradılacağı dəqiqləşdirilib.