Donald Trampın əsəbləri yerindən oynayıb: o, bu həftənin sonunadək Çin mallarının idxalına tarifləri qaldıracağını bildirib.
Banker.az xəbər verir ki, Tramp bildirib ki, 200 milyard dollar dəyərində olan Çin malların idxalına tarifləri 10%-dan 25%-ə qədər qaldıracaq. Bundan əlavə olaraq, prezident Çini 325 milyard dollarlıq əlavə mallara tarifləri 25%-dək qaldıracağı ilə hədələyib.
Artıq bir neçə aydır ki, prezident və onun iqtisadiyyat məsələləri üzrə məsləhətçisi ölkələr arasında danışıqların müsbət perspektivləri haqqında danışırlar. Lakin Trampın yeni bəyanatı bizə bunun tam əksini göstərir.
Ekspertlərin fikrincə, Tramp Çinə əlavə təzyiq göstərmək istəyir. “The Walls Street Journal” nəşriyyatın verdiyi məlumata görə, Çin tərəfi prezidentin yeni qərarını təəccüblə qarşılayıb.
Hal-hazırda ÇXR ticarət nümayəndəsinin Vaşinqtona səfərini ləğv etmək niyyətindədir. Xatırladaq ki, danışıqların yeni mərhələsi bu həftə baş tutmalı idi. ÇXR səlahiyyətliləri bildirirlər ki, onlar təzyiq altında danışıqları aparmağa hazır deyillər.
Bazarlar üçün Ağ Evin ifadələri şok bir hadisə olmuşdur. Yuanın dollara nisbətdə dəyəri 1,3% düşüb. Neftin qiymətləri də həmçinin 2% itirərək “qırmızı zonada” dır.
Vəziyyətin necə inkişaf edəcəyini proqnoz etmək çətindir. Bəlkə də ticarət razılaşması həqiqətən də sona yetib və bizi ən güclü iqtisadi dövlət olmaq uğrunda ticarət müharibəsi gözləyir. Ola bilər ki, tərəflər son anda kompromisə gedərək, hər iki tərəfi qane edə biləcək qərar qəbul etsinlər.