7 C
Baku
Sunday, December 15, 2024

ABŞ və daha 5 ölkə strateji neft ehtiyatlarının bir hissəsini satır

ABŞ Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya ilə birlikdə strateji neft ehtiyatlarının bir hissəsini satır. Vurğulandığı kimi, təkcə ABŞ-da bu miqdar 50 milyon barel təşkil edir. Banker.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Xatırladaq ki, bir gün əvvəl “Bloomberg” neft alyansında iştirak edən ölkələrin nümayəndələrinə istinadən bildirib ki, əgər idxalçılardan biri strateji neft ehtiyatlarının satışına başlasa, OPEC+ neft hasilatının bərpasına dair razılaşmanın parametrlərini dəyişə bilər.

Belə ki, ABŞ dəfələrlə alyansa neft tədarükünü artırmaq tələbi ilə müraciət edib. Ağ Evin sözçüsü Cen Psaki vurğulayır ki, ABŞ OPEC-dən “neft tədarükünün tələbatı ödəməsini” təmin etməsini istəyir.

Son xəbərlər
Digər xəbərlər