5 C
Baku
Saturday, December 14, 2024

ABŞ və Dünya Bankı yoxsul ölkələrə yardımı müzakirə edib

ABŞ-ın maliyyə naziri Cenet Yellen iyunun 3-də vəzifəsinin icrasına başlayacaq Dünya Bankının gələcək prezidenti Ajay Banqa ilə görüşündə yoxsul ölkələrə dəstək verilməsinin vacibliyini vurğulayıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Yellen bankın üzvü olan ən yoxsul dövlətlərə kömək etmək zərurətini qeyd edib.

Yellen və Banqa həmçinin “qlobal məqsədlərə” nail olmaq üçün Dünya Bankına özəl kapitalın cəlb edilməsini müzakirə ediblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər