18 C
Baku
Saturday, May 4, 2024

ABŞ və İngiltərə “Taliban”ı tanımağın şərtini açıqladı

Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ prezidenti Co Baydenlə görüşüb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ölkə liderləri Əfqanıstandakı birgə missiyanın nəticələrini, o cümlədən oradakı vəziyyət haqqında danışıblar.

Bayden və Conson Əfqanıstanda böhranın qarşısını almaq üçün humanitar və diplomatik vasitələrdən istifadə etmələri lazım olduğunu qəbul ediblər.

“Baş nazir və prezident Bayden Əfqanıstandakı vəziyyəti yaxşılaşdırmaq üçün həyatını qurban verənləri xatırlamağın ən yaxşı yolunun humanitar böhranın qarşısını almaq və ölkədə nail olduğumuz sabitliyi diplomatik və humanitar vasitələrlə möhkəmləndirmək olardı”, – deyə Birləşmiş Krallığın hökumətinin saytında deyilir.

Tərəflərin fikrincə, “Taliban”ın tanınması Əfqanıstanda insan hüquqlarının təmin edilməsindən asılı olmalıdır.

İngiltərənin Baş naziri Amerika vitse-prezidenti Kamala Harris ilə də görüşüb. Ağ Evin mətbuat xidməti Harrisin “Əfqanıstanda olduğu 20 il ərzində Böyük Britaniyanın verdiyi töhfəyə və fədakarlığa görə” Consona minnətdar olduğunu qeyd edib”. Bundan əlavə, onlar “miqrasiyanın kök səbəbləri ilə bağlı beynəlxalq səylərin daha sıx əlaqələndirilməsinin zəruriliyini müzakirə ediblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər