17 C
Baku
Saturday, May 4, 2024

ABŞ və İran arasında məhbus mübadiləsi baş tutub

İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

Bu barədə “ Agence France-Presse” (AFP) xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ABŞ və İran arasında baş tutan mübadilə çərçivəsində azad edilmiş 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.

Mübadilə zamanı ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər.

Həmin şəxslərlə yanaşı, ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər