10 C
Baku
Tuesday, April 15, 2025

ABŞ və İran razılaşması üçün şərt açıqlandı

ABŞ və İran arasında istənilən razılaşma İranın uranın zənginləşdirilməsi proqramını və kütləvi qırğın silahlarının inkişafını məhdudlaşdıran müddəaları ehtiva etməlidir.

Bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff özünün X səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Tehranla saziş o zaman bağlanacaq ki, razılaşmalar ABŞ prezidenti Donald Trampın himayəsi altında olacaq.

Uitkoff vurğulayıb ki, yekun razılaşma Yaxın Şərqdə sülh və sabitlik üçün çərçivə yaratmalıdır ki, bu da İranın nüvə zənginləşdirmə proqramının ləğvi deməkdir.

Son xəbərlər
Digər xəbərlər