İsrail Prezidenti İsxak Hersoq iyulun 18-də ABŞ-yə səfər edəcək.
Bu barədə Ağ Ev məlumat yayıb.
ABŞ Prezidenti Co Bayden iyulun 18-də Ağ Evdə İsrail Prezidenti İsxak Hersoqla görüşəcək.
Liderlər İsrailin regional inteqrasiyası və Rusiyanın İranla hərbi əlaqələrini müzakirə edəcək.