“Amerika Birləşmiş Ştatları və İsrailin müdafiə sektorları israillilərin və amerikalı hərbçilərin həyatını müdafiə edə biləcək yeni yüksək enerjili lazer silah sistemlərində əməkdaşlıq edəcəklər”.
Bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, bu barədə məlumat Yerusəlim ABŞ-İsrail Strateji Tərəfdaşlıq Birgə Bəyannaməsində də qeyd olunub.