2025-ci ilin ilk yarısında Azərbaycanın alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələrin ixracını ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, ixracın həcmi 19,7 min tondan 15,7 min tona, dəyəri isə 53,7 milyon dollardan 48,4 milyon dollara düşüb.
Banker.az xəbər verir ki, bir tonun orta ixrac qiyməti də dəyişib. 2024-cü ilin ilk yarısında orta qiymət təxminən 2 724 dollar olub. 2025-ci ildə isə bu göstərici 3 076 dollara yüksəlib. Yəni ümumi həcmin azalmasına baxmayaraq, məhsulun bir ton üzrə qiyməti 13 faiz artıb.
Əsas azalma Türkiyə bazarında qeydə alınıb. 2024-cü ilin ilk yarısında bu ölkəyə 14 min ton (37,8 mln. $) məhsul ixrac edildiyi halda, 2025-ci ildə həcmin 9,3 min tona, dəyərin isə 27,8 mln. $-a düşdüyü müşahidə olunur.
ABŞ-a ixrac isə artıb – ötən ilin 5,2 min ton (14,7 mln. $) göstəricisi 2025-ci ildə 6,1 min ton və 19,3 mln. $-a yüksəlib.
Kanadaya 2025-ci ildə isə 263 ton həcmində, 875 min dollarlıq satış reallaşdırılıb. Bu öncəki illərdə qeydə alınmamışdı. Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan statistikada Gürcüstana ixrac isə xeyli azaldığı müşahidə edilir – ötən ilin 36,7 tonluq (101,9 min $) göstəricisi bu il cəmi 5 ton (16,9 min $) olub. Rusiya bazarında isə əksinə, 2025-ci ildə ixrac tamamilə dayanıb, halbuki 2024-cü ildə bu ölkəyə 239 ton (695 min $) məhsul satılmışdı. Ukraynaya satış sabit qalıb – 2024-cü ildə 121,9 ton (428 min $), 2025-ci ildə isə 123,7 ton (474 min $).