9 C
Baku
Thursday, December 12, 2024

ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 7 dəfədən çox azalıb

2013-cü ildən 2023-cü ilə qədər Rusiya Federasiyası ilə ABŞ arasında ticarət dövriyyəsi yeddi dəfədən çox azalıb.

Bu qiymətləndirmə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Ketrin Tayın ofisinin mətbuat xidmətinin yaydığı hesabatda yer alıb.

Qeyd olunub ki, ABŞ və Rusiya arasında ticarətin həcmi 2013-cü ildəki 38,2 milyard dollardan 2023-cü ildə 5,2 milyard dollara qədər azalıb.

Hesabatda ticarət dövriyyəsinin azalmasına qismən COVID-19 pandemiyası səbəb olduğu vurğulanıb.

İki ölkə arasında ticarət dövriyyəsinin azalmasına səbəb olan amillər kimi, hesabat müəllifləri həmçinin geosiyasi gərginliyi və Rusiyanın daxilə yönəlmiş sənaye və ticarət siyasətini, o cümlədən idxalı əvəzləmə proqramlarını qeyd ediblər.

Bundan əlavə, ekspertlərin fikrincə, Amerikanın Rusiyaya qarşı sanksiyaları və ixraca nəzarət tədbirləri ticarət dövriyyəsinin azalmasına səbəb olub.

Müəlliflər qeyd ediblər ki, ABŞ hakimiyyət orqanları sanksiyaların və əks sanksiyaların ticarətə təsirini qiymətləndirmək və təhlil etməkdə davam edir. Eyni zamanda, hesabatda vurğulanıb ki, Rusiya ilə əlaqələrin demək olar ki, tamamilə kəsilməsi səbəbindən ticarət məsələləri üzrə qarşılıqlı fəaliyyət imkanları son dərəcə məhduddur.

Son xəbərlər
Digər xəbərlər