ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya keçid dövrü prezidenti Əhməd əl-Şaraanı qəbul edəcək.
Bu barədə məlumatı ABŞ-nin Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak “Axios” portalına açıqlamasında təsdiqləyib.
Məlumata görə, Əhməd əl Şaraanın Vaşinqtona səfəri zamanı Suriya tərəfinin ABŞ-nin rəhbərlik etdiyi “İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya” qoşulmasını nəzərdə tutan sənədləri imzalayacağı gözlənilir.
Portal qeyd edir ki, bu, Suriya prezidentinin Ağ Evə ilk rəsmi səfəri olacaq.







