20 C
Baku
Sunday, May 12, 2024

ABŞ və tərəfdaşları Ukraynanı gəmi əleyhinə raketlərlə təmin etməyə çalışırlar

Amerika Birləşmiş Ştatları Ukraynanı effektiv gəmi əleyhinə raketlərlə təmin etmək üçün beynəlxalq tərəfdaşlarla işləyir. Ağ Evin nümayəndəsi silah tələblərini təmin etmək üçün müntəzəm olaraq Kiyevlə əlaqə saxlayır.

Bu barədə “Amerikanın səsi” məlumat verib.

“Biz Ukraynanı dəstəkləyirik və onun sahil müdafiəsinin təkmilləşdirməsinə kömək etmək üçün çalışırıq. Bu səylərin bir hissəsi kimi biz Ukraynanı pilotsuz sahil müdafiəsi gəmiləri ilə təmin edirik, həmçinin gəmi əleyhinə raketlər və sistemlərlə təminatı üçün də müttəfiqlərimiz və tərəfdaşlarımızla çalışırıq”, – deyə Ağ Ev rəsmisi bildirib.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər