13 C
Baku
Sunday, November 24, 2024

ABŞ və Tayvan ilk ticarət təşəbbüsü sazişini imzalayıb

21-ci əsrdə yeni ABŞ-Tayvan Ticarət Təşəbbüsü çərçivəsində ilk müqavilə ABŞ və Tayvan tərəfindən imzalanıb.

Bu barədə “Focus Taiwan” portalı məlumat yayıb.

“Birinci Müqavilə” adlanan sənədi Tayvanın ABŞ-dakı nümayəndəsi Xiao Bihim və Tayvanda Amerika İnstitutunun icraçı direktoru İnqrid Larson imzalayıblar. Mərasim 21-ci əsrdə ABŞ-Tayvan arasında yeni ticarət təşəbbüsünün elan edilməsindən düz bir il sonra baş tutub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər