3 C
Baku
Saturday, December 14, 2024

ABŞ və Türkiyənin S-400 sistemlərinin müzakirəsinə dair danışıqlarda çıxılmaz vəziyyət

Türkiyə və ABŞ nümayəndələri, 15 aprel bazar ertəsi günü keçirilmiş görüşdə S-400 sistemlərinin alınması məsələsində çıxılmaz vəziyyətdən çıxa bilməyiblər. Bu haqda səlahiyyətlilərin ifadələrinə istinad edərək Wall Street Journal xəbər verir.

Banker.az xəbər verir ki, nəşrdə bildirilir ki, Türkiyən in maliyyə naziri Berat Albayrak, 15 aprel bazar ertəsi günü Ağ evdə prezident Donald Tramp ilə görüşüb. Onlar həmçinin S-400 sistemlərinin alışına dair də müzakirələr aparmışlar. Vaşinqton Türkiyəni bir daha sanksiyalarla hədələyib, Ankara isə müqavilənin başa çatmasını bir daha təsdiq edib.

“Sanksiyalar kontrproduktiv olaraq, heç bir konstruktiv həll yoluna gətirib çıxarmayacaqlar. Biz Türkiyənin təhlükəsizliklə bağlı olan narahatlığını başa düşməliyik”, – prezident qeyd edir.

Daha öncə türk mətbuatı, tərəflərin razılığa gələ bildiyi barədə məlumat vermişdir.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə 2,5 milyard dollar dəyərində S-400 sistemlərinin təchizatı üzrə razılığa gəlmişlər. Komplekslərin ötürülməsi cari ilin iyul ayı üçün planlaşdırılmışdır.

ABŞ S-400 idxalına qarşı çıxır və türk hökumətini onun əvəzində Amerikanın Patriot raket əleyhinə komplekslərini əldə etməsinə sövq etməyə çalışır. Vaşinqton F-35-in Ankaraya təchizatını tamamilə dayandırmağı da istisna etmir. Ərdoğan bütün bunlara S-400 sistemlərinin alışına dair müzakirənin başa çatdığını dəfələrlə təkrar edərək cavab verib.

 

Son xəbərlər
Digər xəbərlər