7 C
Baku
Sunday, December 15, 2024

ABŞ və Ukrayna müdafiə nazirləri Kiyevin hərbi ehtiyaclarını müzakirə edib

Pentaqonun rəhbəri Lloyd Ostinlə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov arasında telefon danışığı olub.

Bu barədə Pentaqonun sözçüsü Con Kirbinin yaydığı yazılı açıqlamada deyilir.

Tərəflər Ukraynaya yeni hərbi yardımla bağlı mayın 23-nə planlaşdırılan ikinci koordinasiya qrupunun iclası öncəsi Kiyevin silah ehtiyaclarını müzakirə edib.

Ostin xatırladıb ki, Cozef Baydenin qərarına uyğun olaraq Ukrayna Silahlı Qüvvələrinin artilleriya, əks batareya radarı, hərbi maşınlar, sahə avadanlığı və ehtiyat hissələri ilə təmin edilməsi üçün əlavə 100 milyon dollar ayrılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər