14 C
Baku
Saturday, November 23, 2024

ABŞ və Ukrayna prezidentləri telefonla danışıblar

ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski bu gün telefonla danışıblar.

Bu barədə “RBC-Ukrayna” Ukrayna Prezidenti Volodimir Zelenskiyə istinadən məlumat yayıb.

“ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik”, – Zelenski yazıb.

Həmin vaxta qədər iki dövlətin liderləri arasında iyunun 15-də telefon danışığı olub.

 

 

Son xəbərlər
Digər xəbərlər