ABŞ və Ukrayna təbii ehtiyatlara çıxış haqqında saziş imzalayıb. ABŞ və Ukraynanın yenidən qurulması üçün investisiya fondunun yaradılması barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Bəyanatda deyilir ki, ABŞ Xəzinədarlığı və Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası imzalanmış proqramın idarə olunmasında Ukrayna hökuməti ilə əməkdaşlıq edəcək. Saytda dərc olunan bəyanatda həmçinin ABŞ-nin maliyyə naziri Skott Bessentə istinad edilib və bildirilir ki, razılaşma Rusiya üçün “siqnal” olmalıdır.
Cənab Tramp bildirib ki, saziş ABŞ-yə 2022-ci ilin fevralından Kiyevə ayrılmış “milyardlarla dolları” qaytarmağa imkan verəcək.