12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ vətəndaşı Gürcüstanın ekologiya üzrə ombudsmanı təyin olunub

Gürcüstanın Baş Naziri Mamuka Baxtadze ölkənin ekologiya məsələləri üzrə ombudsmanını təqdim edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yeni ombudsman institutuna ABŞ vətəndaşı olan David Morrison rəhbərlik edəcək.

Ətraf mühit məsələləri üzrə ombudsman aparatı ekoloji hüquq və maraqları müdafiə etməklə yanaşı aktual ekoloji problemlərin həlli və müvafiq qanunvericiliyə düzəlişlərlə bağlı tövsiyələr hazırlayacaq, ictimai müzakirələrdə iştirak edəcək və maraqlı tərəfləri konsultasiya edəcək.

D.Morrison 2008-ci ildən etibarən Gürcüstanda ətraf mühitlə bağlı layihələrdə iştirak edir. O, 2008-2015-ci illərdə Qafqaz Təbiət Fondunun (CNF) direktoru olub. Bu illər ərzində Gürcüstanın milli parklarında infrastrukturun inkişafı və biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı əhəmiyyətli layihələr həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər