9 C
Baku
Friday, January 9, 2026

ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Dövlət Departamenti ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırıb.

Banker.az xəbər verir ki, çağırış Dövlət Departamentinin farsdilli “X” səhifəsində yerləşdirilib.

Çağırışda ABŞ-ın Tehranda səfirliyinin olmadığı xatırladılıb, eyni zamanda, qeyd edilib ki, ABŞ vətəndaşları terrorizm, adam oğurluğu və ədalətsiz həbslər də daxil olmaqla, İranda ciddi risklərlə üz-üzədirlər.

“Öz təhlükəsizliyinizi qorumaq üçün heç bir vəchlə İrana səfər etməyin”, – Dövlət Departamenti xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər